Türkiyə XİN bəyanat yaydı

Türkiyə Liviyanın "Petrol Hilal"i bölgəsində olan neft obyektlərinin idarəsinin səlahiyyətsiz qurumlara təhvil verilməsi istiqamətindəki təşəbbüsləri dərin narahatlıqla qarşıladığını bildirdi.

1002116
Türkiyə XİN bəyanat yaydı

 Türkiyə Xarici İşlər Nazirliyi Liviyanın "Petrol Hilali" bölgəsində son dövrdə baş verən proseslərlə bağlı bəyanat yaydı.

Bəyanatda  sözügedən obyektlərin idarəsinin Milli Neft Şirkətindən başqa səlahiyyətsiz qurumlara təhvil verilməsi istiqamətində təşəbbüslərin dərin narahatlıqla qarşılandığı qeyd olunur.
 
 Bəyanatda Liviya xalqına məxsus olan təbii sərvətlərin qeyri-qanuni yollarla idarə edilmə cəhdlərinin beynəlxalq cəmiyyətin dəstəyi ilə ölkədə davam etdirilən sülh və sabitlik istiqamətindəki səyləri müvəffəqiyyətsizliyə düçar etmə riski daşıdığı vurğulanır və deyiliyr: "Bi səbəbdən Liviyanın bütün təbii sərvətlərinin və obyektlərinin idarəsi tezliklə qanuni orqanlara təhvil verilməlidir". 



Әlaqәli Xәbәrlәr