Türkiyə ilə qarşılıqlı hörmətə və mənfəətə əsaslanan münasibətlər inkişaf etdiriləcək

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında bildirdi

1002135
Türkiyə ilə qarşılıqlı hörmətə və mənfəətə əsaslanan münasibətlər inkişaf etdiriləcək

Dünya ölkələrinin paytaxtlarında Türkiyədə 24 iyunda keçirilən prezident və parlament seçkiləri ilə bağlı dəyərləndirmələr davam edir.

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında mətbuat nümayəndələrinin suallarını cavablandırarkən Türkiyə ilə münasibətlərə də toxundu.

Zaxarova :"Prezident Ərdoğanın liderliyində Türkiyə ilə ikitərəfli sənədlərdə müəyyən edilmiş prinsiplər əsasında qarşılıqlı hörmətə və mənfəətə əsaslanan münasibətlər inkişaf etdiriləcək" dedi.



Әlaqәli Xәbәrlәr