Türkiyə Silahlı Qüvvələri Münbiç bölgəsində beşinci patrul vəzifəsini tamamladı

Baş Qərargahın “twitter” hesabından verdiyi məlumata görə...

1000360
Türkiyə Silahlı Qüvvələri Münbiç bölgəsində beşinci patrul vəzifəsini tamamladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Münbiç bölgəsində beşinci patrul vəzifəsini tamamladı.

  Baş Qərargahın “twitter” hesabından verdiyi məlumata görə, Türkiyə və ABŞ-ın birgə silahlı qüvvələri tərəfindən Suriyada Fərat Qalxanı Hərəkatı sahəsi və Münbiç arasında beşinci koordinasiyalı patrul fəaliyyəti icra edilib.

  Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə 4 iyun görüşündə bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasını özündə birləşdirəcək yol xəritəsini qəbul etmişdilər. Plan Türkiyə və ABŞ tərəfinin rayonda birgə hərbi nəzarəti əhatə edir. Razılıqda həmçinin Münbiçdən separatçı terror təşkilatı PKK/PYD-YPG terrorçularının çıxarılması və bölgədə yerli xalqın idarəetməsi əks olunur.    

  Qeyd edək ki, PKK/PYD-YPG Hələb rayonuna bağlı Münbiç bölgəsini 2016-cı ilin avqustunda ABŞ-ın dəstəyi ilə terror təşkilatı DAEŞ-dən alaraq işğal etmişdi. Münbiç əhalisinin 90 faizindən çoxu ərəblərdir.



Әlaqәli Xәbәrlәr