Siirt şəhərində 3 terrorçu zərərsizləşdirildi
Türkiyənin Siirt şəhərində terror təşkilatı PKK-ya istiqamətli həyata keçirilən əməliyyatda 3 terrorçu zərərsizləşdirildi.
![Siirt şəhərində 3 terrorçu zərərsizləşdirildi](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/94e3/2525/5170/5b236422c3cac.jpg?time=1718704978)
Türkiyənin Siirt şəhərində terror təşkilatı PKK-ya istiqamətli həyata keçirilən əməliyyatda 3 terrorçu zərərsizləşdirildi.
Bitliş şəhərində bir əsgərin şəhid edildiyi, iki əsgərin yaralandığı hücumun cinayətkarı terror təşkilatı PKK üzvü üç terrorçu Siirt vilayətinin Şirvan qəsəbəsində havadan dəstəklənən əməliyyatda zərərsizləşdirilib.
Vilayət Jandarm Komandirliyi dəstələri tərəfindən Şirvanın şimalında yerləşən Sehi meşəliyində üç terrorçunun görüntüsünün əldə edilməsindən sonra bölgəyə havadan dəstəklənən əməliyyat təşkil edilib. Əməliyyat nəticəsində terrorçular zərərsizləşdirilib.
Terrorçuların Bitlisdə keçirilən əməliyyatda dünən terrorçuların açdığı atəş nəticəsində bir əsgərin şəhid olduğu, 2 əsgərin yaralandığı hücumun cinayətkarı olduğu müəyyən edilib.
Әlaqәli Xәbәrlәr
![“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb96/dcbf/13e5/66703edd2acdb.jpg?time=1718704978)
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib