Xarici qəzetlər Ərdoğandan nələr yazdı?

Xarici qəzetlər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın seçki uğurunu oxucularına fərqli şəkillərdə çatdırıb.

999588
Xarici qəzetlər Ərdoğandan nələr yazdı?

 Ərəb ölkələrində çıxan qəzetlər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın seçki uğurunu oxucularına fərqli şəkillərdə çatdırıb.

  Ərdoğanın seçki uğurunu "tarixi hadisə" kimi səciyyələndirən Qətər mərkəzli "Al-Jazeera" televiziyası mövzu ilə bağlı xəbərində "Qitələri belə aşan qələbə" ifadəsini işlədib.

  Qətərin "Şark" (Şərq) qəzeti bütöv bir səhifəni təbrikə həsr edib ki, mətnlərdə "Ərdoğanı qələbəyə Türkiyə xalqına olan etimad aparıb" ifadələri əks olunub.

  Misirin tanınan "Şuruk" qəzeti "Prezident Ərdoğan seçkiləri uddu" başlığı ilə diqqəti çəkib.

  Misirin ən mühüm dövlət qəzeti "El-Ahram" isə əsas məqaləsinin başlığı "Türkiyə əhalisinin 87 faizi seçkilərdə iştirak etdi” olub.

  “Masravi” qəzeti xəbərini "Ərdoğanın qazanması açıqlanmasından sonra müxalifət xalqı sakit olmağa çağırıb" başlığı altında yazıb.

  Mərakeşin ən çox oxunan xəbər saytı "Hespress"də “Ərdoğanın ən yaxın rəqibi arasında böyük fərq olduğu” vurğulanıb.

  “Ahbar Al-Yawm" qəzeti seçki nəticələri açıqlanan kimi Ərdoğanın verdiyi bəyanata istinad edərək "Türkiyə seçkilərdə təxminən 90 faiz iştirakı ilə dünyaya bir demokratiya dərsi verdi" cümləsini başlığa çıxarıb.

  Tunisdəki "Es-Sabah" qəzeti “Türkiyə xalqı Ərdoğana prezident məqamını həvalə etdi” yazıb.

  Ölkənin digər çox oxunan qəzeti "Eş-Şuruk" da "Erkən seçkilərdə Ərdoğan prezident və parlamenti qazandı" ifadələrini işlədib.

  Tunisdə fransızca çıxan "Huffungton Post Mağrib" xəbər saytı "Sürpriz deyil: Ərdoğan və partiyası seçkilərdə liderdir" başlığı ilə 24 İyun seçkilərini oxucularına çatdırıb.

  İraqın məhşur "Es-Sabah" qəzeti Ərdoğanın səslərin əksəriyyətini qazanaraq seçkilərdən qalibiyyətlə çıxdığını bildirib.

  Səudiyyə Ərəbistanının ən çox oxunan qəzetlərindən olan "Ukaz"da seçkilər Məhərrəm İncənin açıqlaması ilə gündəmə gətirilib: “Ərdoğanı hər kəsin prezidenti olmağa çağırıram”.



Әlaqәli Xәbәrlәr