Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatdı

Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

998565
Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatdı

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatdı.

Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində 8 siyasi partiya mübarizə aparır. Bunlar hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatıldı. Böyük Birlik Partiyası namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer aldı. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatıldılar.

 



Әlaqәli Xәbәrlәr