Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident və parlament seçkilərində səs verdi.

998420
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident və parlament seçkilərində səs verdi.

Dövlət başçısı səsverməyə İstanbulun Üsküdar rayonunda yerləşən məktəblərdən Saffet Çebidə qatıldı.

Ərdoğan səsvermə zamanı bildirib ki, Türkiyə ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri sayəsində demokratik inqilab edir:

"Bu seçkilər əhəmiyyətli bir xüsusiyyətə malikdir. Türkiyə onların sayəsində əməli olaraq demokratik bir inqilab edir".

Dövlət başçısı həmçinin bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, "hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib".

Seçkilərin azad və ədalətli təşkil olunduğunu diqqətə çatdıran Ərdoğan deyib ki, Türkiyə xalqı bir daha yüksək seçki fəallığı ilə dünya ictimaiyyətinə azad və demokratik seçim etmək imkanında olduğunu nümayiş etdirəcək.



Әlaqәli Xәbәrlәr