Van şəhərindəki antiterror əməliyyatında 16 şübhəli saxlanıldı

Bölgədə xalqın dincliyi və təhlükəsizliyini təmin etmək məqsədli terrorla mübarizə fəaliyyətləri aramsız davam edir.

997094
Van şəhərindəki antiterror əməliyyatında 16 şübhəli saxlanıldı

Türkiyənin Van şəhərində PKK terror təşkilatının seçkidə vətəndaşlara təhdid və təzyiq etməyi planlaşdırdıqları şübhəsilə 16 nəfər saxlanılıb.

Van Valiliyinin həmin mövzuyla bağlı açıqlamasında bildirilib ki, 21 iyunda Gürpınarda həyata keçirilən antiterror əməliyyatı nəticəsində 16 şübhəli saxlanıldı. Aparılan axtarışlarda müxtəlif elektron cihazlar və terror təşkilatının təbliğatının aparılması məqsədilə hazırlanmış materiallar ələ keçirildi. Bölgədə xalqın dincliyi və təhlükəsizliyini təmin etmək məqsədli terrorla mübarizə fəaliyyətləri aramsız davam etməkdədir.



Әlaqәli Xәbәrlәr