Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının "səsləri" Ankaradadır

Xaricdə yaşayan türklər səs verdilər, bülletenlər Ankaraya gətirildi.

996578
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının "səsləri" Ankaradadır
yurt disi oylar1.jpg

Türkiyədə prezident və 27-ci dövr parlament seçkilər üçün  iyunun 7-də xarici ölkələrdə başlayan səsvermə prosesi başa çatdıqdan sonra istifadə edilən seçki bülletenləri Türk Hava Yollarına aid təyyarə ilə paytaxt Ankaraya gətirildi.
 
 Esenboğa Hava Limanında rəsmi şəxslər tərəfindən təhvil alınan bülletenlər polisin müşayiəti ilə tırlarla Ankara Ticarət Palatası (ATO) Konqres Mərkəzinə aparıldı, xüsusi anbarlara yerləşdirildi.
 
Verilmiş səslərin olduğu yükün qarşılanmasında siyasi partiya nümayəndələri də iştirak etdilər.
 
Seçki bülletenləri Türkiyədə səsvermə prosesi başa çatana qədər mühafizə ediləcək və 24 iyunda Türkiyə vaxtı ilə saat 17.00-də səsvermə başa çatdıqdan sonra sayılmağa başlanacaq.
 
Xatırladaq ki, xarici ölkələrdə yaşayan 3 milyon 47 min 323 seçici üçün 60 ölkədə, 123 nümayəndəlikdə seçki məntəqəsi qurulmuşdu.
 
 Seçicilərdən 1 milyon 486 min 408-i 24 iyun prezident və 27-ci dövr parlament seçkiləri üçün səs verib.



Әlaqәli Xәbәrlәr