"Türkiyə tarix boyunca ayrı-seçkilik etmədən bütün məzlumların yanında oldu", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı bəyanatda Türkiyənin tarix boyunca ayrı-seçkilik etmədən bütün məzlumların yanında olduğunu bildirdi.

995918

Aralıq dənizində baş verən faciəli hadisələrə diqqət çəkən Ərdoğan dəyib ki, Türkiyə Suriya və İraqda baş verən böhranlar qarşısında vicdani mövqe ortaya qoydu. Bir çox qərbli ölkə məftillər arxasında gizlənərkən Türkiyə 3,5 milyonu suriyalı olmaqla 4 milyon qaçqına etimadlı bir sığınacaq yer oldu.

Ərdoğan bəyanatında həmçinin Avropa İttifaqı ölkələrinin suriyalı qaçqınlar üçün Türkiyəyə vədini verdiyi maliyyə məsuliyyətlərini yerinə yetirmədiyinə də diqqət çəkmişdir.

Türkiyənin tarix boyunca ayrı-seçkilik etmədən bütün məzlumlara köməklik göstərdiyini vurğulayan dövlət başçısı Ümumdünya Qaçqınlar Gününün qaçqınların yaşadıqları çətinliklərin həllinə dayaq olmasını diləyib.

Әlaqәli Xәbәrlәr