Qazaxıstan, Qırğızıstan və Çində yaşayan Türkiyə vətəndaşları səs verməyə başladılar

Qazaxıstan, Qırğızıstan  və Çində yaşayan Türkiyə  vətəndaşları  24 iyunda keçiriləcək prezident və 27-ci dövr parlament seçkiləri  üçün səs verilməyə başladılar.

993324
Qazaxıstan, Qırğızıstan və Çində yaşayan Türkiyə vətəndaşları səs verməyə başladılar

Qazaxıstan, Qırğızıstan  və Çində yaşayan Türkiyə  vətəndaşları  24 iyunda keçiriləcək prezident və 27-ci dövr parlament seçkiləri  üçün səs verilməyə başladılar.

Qazaxıstanın paytaxtı Astanada qeydiyyatda olan  Türkiyə vətəndaşları Türkiyənin Astanadakı səfirliyində, Almatı və Aktaudakı vətəndaşlar isə konsulluq binalarında səs verir.

Məlumata əsasən, seçicilər 16-17 iyun tarixləri arasında yerli vaxtla saat 09.00-21.00-dək səs verə biləcəklər. 

Qırğızıstanda qeydiyyatda olan 2 min 30 Türkiyə vətəndaşı isə bu gün və sabah səs verə biləcəklər.

Çində qeydiyyatda olan Türkiyə vətəndaşları da yerli vaxtla saat 09.00-da səs verməyə başladılar.

Səsvermə prosesi sabah yerli vaxtla saat 21.00-dək davam edəcək.

Qeydək ki, Pekində  qeydiyyatda olan  2 min 261 Türk vətəndaşı var. 

Şimali Kıbrıs Tütk Cümhuriyyәtindә qeydiyyatda olan Türkiyә vәtәndaşları  Nikosiyadakı liseydә sәs vermәyә başladı.

Seçicilәr iyunun 18 yerli vaxtla saat 09.00-21.00-dәk sәs verә bilәcәklәr.

İngiltәrәdә qeydiyyatda olan Türkiyә vәtәndaşları da bu gündәn etibarәn 4 gün әrzindә  yәni iyunun 19-dәk sәs verәcәk.

Sәsvermә prosesi yerli vaxtla saat 09.00-dan axşam saat 21.00-dәk davam edәcәk.

Türkiyә vәtәndaşları Londonun qәrbindә yerlәşәn Olimpia Konfrans Mәrkәzi ilә Türkiyәnin Şotlandiyanın paytaxtı Edinburqdakı konssulluğunda qurulmuş seçki mәrkәzlәrindә sәs verir.

İsveçdә qeydiyyatda olan Türkiyә vәtәndaşları isә paytaxt Stokholmda qurulmuş 17 seçki mәntәqәsindә sәs verir.

Qeyd edәk ki, İsveçdә  sәsvermә prosesi iyunun 17-si Türkiyә vaxtı ilә saat 20.00-dә davam edәcәk.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
 



Әlaqәli Xәbәrlәr