Binәli Yıldırım: ‘‘Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıb’’

Binәli Yıldırım gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

993276
Binәli Yıldırım: ‘‘Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıb’’

Türkiyәnin Baş naziri Binәli Yıldırım ‘‘Babala TV’’-yә  müsahibә verib.

Binәli Yıldırım müsahibә zamanı gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

ABŞ ilә Münbiçlә bağlı әldә olunan yol xәritәsinә toxunan Binәli Yıldırım bildirib ki, müqavilә 90 günlükdür.

''90 gün әrzindә  bu bölgә PKK-nın qolu olan PYD, YPG-dәn azad edilәcәk. Bölgә yerli hәkimiyyәtin nәzarәtinә keçәcәk. Bu nәticәyә Türkiyәnin israrı ilә gәlindi'',-deyә Baş nazir Binәli Yıldırım qeyd edib.

Binәli Yıldırım terrorla mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyini dә sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr