Diyarbəkirdə hücuma hazırlaşan 5 terrorçu yaxalandı

Türkiyənin Diyarbəkir şəhərində Ramazan bayramında hücum etməyə və 24 iyun seçkilərini sabotaj etməyə hazırlaşan 5 PKK terrorçusu silahları ilə birlikdə yaxalandı.

992773
Diyarbəkirdə hücuma hazırlaşan 5 terrorçu yaxalandı

Diyarbəkir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin dəstələri Kayapınar rayonunun Peyas Məhəlləsində bir nəqliyyat vasitəsini dayandırdılar.
 
Atomobildə aparılan axtarışda gitara və saz qutularında gizlədilmiş minaatan başlığı, barıt, 2 ədəd kalaşnikov avtomatı, bir ədəd sui-qəsd aktlarında istifadə edilən susturucu taxılmış tapança, üç ədəd qar maskası və müxtəlif silahlar ələ keçirildi.
 
 Nəzarətə götürülən 5 nəfərin Ramazan bayramında hücum etməyə və 24 iyun seçkilərini sabotaj etməyə hazırlaşdıqları müəyyən olundu.
 



Әlaqәli Xәbәrlәr