Mövlud Çavuşoğlu Çinә sәfәr edәcәk

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә ilk olaraq Çin Xalq Respublikasının Dövlәt başçısının müavini Vanq Qişhan ilә görüşәcәk.

992512
Mövlud Çavuşoğlu Çinә sәfәr edәcәk

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu sabah Çinә rәsmi sәfәr edәcәk.

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә ilk olaraq Çin Xalq Respublikasının Dövlәt başçısının müavini Vanq Qişhan ilә görüşәcәk.

XİN rәhbәri daha sonra çinli hәmkarı Vanq Yi ilә bir araya gәlәcәk.

Mövlud Çavuşoğlu iki gün davam edәcәk sәfәri çәrçivәsindә çinli iş adamları ilә görüşәcәk  vә onlara Türkiyәdәki  investisiya imkanları haqqında mәlumat verәcәk.

Qeyd edәk ki, Mövlud Çavuşoğlunun  daha sonra media nümayәndәlәri ilә bir araya gәlmәsi vә suallarını cavablandırması gözlәnilir.



Әlaqәli Xәbәrlәr