“Suriyanın Münbiç bölgəsində yerli idarəetmə qurulacaq”, N.Canikli

Milli Müdafiə naziri Nurəddin Canikli Suriyanın Münbiç bölgəsində yerli idarəetmə qurulacağını söyləyib.

991218
“Suriyanın Münbiç bölgəsində yerli idarəetmə qurulacaq”, N.Canikli

Milli Müdafiə naziri Nurəddin Canikli Suriyanın Münbiç bölgəsində yerli idarəetmə qurulacağını söyləyib.

Canikli “Anadolu” xəbər agentliyində Türkiyə ilə ABŞ arasındakı Münbiçlə əlaqəli görüşləri qiymətləndirib.

Terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD-YPG-nin işğal etdiyi Münbiçdən çıxarılacağını vurğulayan Canikli bu prosesin hərbi nəzarətinin, həyata keçirilməsinin Türkiyə və ABŞ əsgərləri tərəfindən birgə reallaşdırılacağını ifadə edib.

“ABŞ ilə hər şey birlikdə həyata keçiriləcək. Bizim cəhətdən nəzər saldıqda bu razılaşmanın məqsədi Münbiçin YPG/PYD ünsürlərindən təmizlənməsidir” deyə Canikli vurğulayıb.

YPG/PYD-nin PKK-nın bir hissəsi olduğu, onlar tərəfindən istiqamətləndirildiyi, eyni terror hovuzundan istifadə etdikləri barədə ABŞ-ın qane edilmiş olduğunu bildirən Canikli deyib:“Qane olmasaydılar bu razılığı əldə edə bilməzdik. Bizim başdan bəridir düşüncəmiz budur, Suriya vətəndaş müharibəsi başlamazdan əvvəlki demoqrafik qurğuya uyğun və onu əks etdirəcək şəkildə yerli idarəetmə yaradılacaq. Yerli idarəetmədə yer alacaq olanlar isə yenə Türkiyə və ABŞ tərəfindən birgə müyyənləşdiriləcək.”



Әlaqәli Xәbәrlәr