Prezident Ərdoğan Avropanı xəbərdarlıq edib

Prezident Rəcəb Tayyib Ərdoğan, məscidlərin qapılarını qıfıllayan, müsəlman din adamlarını deportasiya edən Avstriya hökumətinə daha bir dəfə sərt reaksiya verib.

990095
Prezident Ərdoğan Avropanı xəbərdarlıq edib

İstanbul Əsənlərdə dünən gecə qədir gecəsi münasibətiylə təşkil edilən mərasimdə iştirak edən preziden R.T.Ərdoğan Avstriya Baş naziri Sebastyan Kurza müraciət edərək: "Avstriyada məscidlərin bağlanması, Müsəlman din adamlarının ölkədən qovulmaları səlib yürüşlərinin başlamasına gətirib çıxarar”.

Bu xəbərdarlığının yalnız Avstriyaya yox, bütün qərb aləminə olduğunu ifadə edən prezident, qərbdən belə siyasətlərin qarşısını almalarını istəyirəm, əks təqdirdə belə təhlükəli addımlara bizlərin də verəcəyi cavablar vardır. 250 min qardaqşımızın zülmə məruz qalmasına biganə qala bilmərik. Arakandakı müsəlmanları didərgin etməklə, Avropanın mərkəzində yaşayan müsəlmanların ibadətgahlarını bağlamaq arasında zehniyyət baxımından heç bir fərq yoxdur”-deyə prezident vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr