Terror tәşkilatı PKK-nın obyektlәri mәhv edildi

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

988550
Terror tәşkilatı PKK-nın obyektlәri mәhv edildi

Türkiyә Silahlı Qüvvәlәri İraqın şimalında terror tәşkilatına ağır zәrbәlәr endirib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Türkiyә Silahlı Qüvvәlәri İraqın Zap, Hakurk vә Kandil  bölgәlәrindә hava әmәliyyatı keçirib.

Әmәliyyat nәticәsindә terror tәşkilatının sığınacaq vә silah-sursat anbarı olaraq istifadә etdiyi obyektlәr mәhv edilib.

Digәr tәrәfdәn Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı  01-07 iyun tarixlәri arasında keçirilәn әmәliyyatlarla bağlı da mәlumat yayıb.

Diyarbәkir, Mardin, Şırnak, vә İraqın şimalında keçirilәn әmәliyyatlar nәticәsindә 64 terrorçu zәrәrsizlәşdirilib.

‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirilәn terrorçu sayı isә 4 min 503-ә çatıb.



Әlaqәli Xәbәrlәr