Mövlud Çavuşoğlu: ''Krım mәsәlәsini  heç vaxt unudmamışıq, unudmayacağıq''

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Türkiyәnin hәr zaman  Ukraynanın sәrhәd vә әrazi bütövlüyündәn tәrәf olduğunu  vә suverenliyini dәstәklәdiyini qeyd edib.

988583
Mövlud Çavuşoğlu: ''Krım mәsәlәsini  heç vaxt unudmamışıq, unudmayacağıq''

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  Türkiyәnin hәr zaman  Ukraynanın sәrhәd vә әrazi bütövlüyündәn tәrәf olduğunu  vә suverenliyini dәstәklәdiyini qeyd edәrәk bildirib ki, Krım mәsәlәsini  heç vaxt unudmamışıq, unudmayacağıq. Krımın ilhaqını tanımamışıq, tanımayacağıq.

Mövlud Çavuşoğlu Ukrayna XİN rәhbәri Pavel Klimkin, Krım Tatar Türklәrinin lideri vә millәt vәkili  Mustafa Abdulcemil Kırımoğlu ilә Krım Türklәri Mәdәniyyәt vә Yardımlaşma dәrnәyinin tәşkilatçılığı ilә keçirilәn iftar proqramında iştirak edib.

Proqramda çıxış edәn Mövlud Çavuşoğlu Qәrbin  vә bәzi Avropa ölkәlәrinin Krım mәsәlәsini unudduğunu ifadә edәrәk: ‘‘Krımı unudsanız sabah Ukraynanın başına hәr hansı bir şey gәlәrsә  bundan siz cavabdeh olacaqsınız’’ deyә qeyd edib.

Mövlud Çavuşoğlu Türkiyәnin Krım mәsәlәsini Avropa Şurası ilә Avropa Tәhlükәsizlik  vә Әmәkdaşlıq Tәşkilatı  (ATӘT) kimi beynәlxalq platformalarda  gündәmә gәtirmәyә davam edәcәyini deyib.



Әlaqәli Xәbәrlәr