Türkiyə 191 ölkədən 115 min əcnəbi tələbəyə ev sahibliyi edir

“7-ci Beynəlxalq tələbə məzuniyyət mərasimi və iftar proqramı” Ankarada təşkil edildi.

987072
Türkiyə 191 ölkədən 115 min əcnəbi tələbəyə ev sahibliyi edir
misafir ogrenciler.jpg
misafir ogrenciler mezun.jpg

“7-ci Beynəlxalq tələbə məzuniyyət mərasimi və iftar proqramı” Ankarada təşkil edildi.

Tədbir Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Qurumunun (YTB) ev sahibliyində keçirildi.

Tədbirdə YTB-nin sədri Ərən, Türkiyə Maarif Vəqfinin sədri Prof. Birol Akgün və Yunus Əmrə İnstitutunun sədri Şərəf Atəşlə yanaşı xeyli sayda məzun tələbə iştirak edib.

YTB-nin sədri Ərən mərasimdə çıxış edərək deyib: “Türkiyə 191 ölkədən 115 min əcnəbi tələbəyə ev sahibliyi edir. Biz bu rəqəmi Türkiyənin 2023-cü illə bağlı hədəfi daxilində 200 minə çatdırmaq üçün cəhd göstəririk. Türkiyənin ali təhsildə beynəlxalq səviyyədə ciddi hədəfləri var. Bunun reallaşmasında isə ölkəmizin təqaüd proqramları ciddi rol oynayır. Hər il 100 mindən artıq müraciət olur. Türkiyə beynəlxalq sahədə qabaqcıl ölkələrdən biridir, Qurumumuz məzun tələbələrə əsla vida etmir. Bu tələbələr artıq Türkiyənin ayrılmaz bir hissəsidir. Dünyanın hansı ölkəsində olmalarına baxmayaraq bütün məzunlarımız artıq yeni bir ailənin 165 ölkəyə səpələnmiş, 150 minlik Türkiyə Məzunları ailəsinin bir hissəsidir.



Әlaqәli Xәbәrlәr