“Afrindən sonra digər terror bataqlıqlarını da qurudacağıq", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Zonquldak mitinqində çıxış edib.

986633
“Afrindən sonra digər terror bataqlıqlarını da qurudacağıq", R.T.Ərdoğan

  R.T.Ərdoğan deyib: “Biz Ədirnədəki terrorçuya baş çəkmək yolu ilə millətin qarşısına prezident namizədi olaraq çıxaranlardan olmadıq, olmayacağıq... Bölücü terror təşkilatına nə ölkəmizin sərhədləri daxilində, nə də xaricində heç vaxt nəfəs almağa imkan verməyəcəyik. Təkcə Afrin əməliyyatlarında zərərsizləşdirilən terrorçu sayı 4497, Şimali İraqda 446, ölkə içində 443-dür. Afrindən sonra digər terror bataqlıqlarını da qurudacağıq. Son iki ildə həyata keçirdiyimiz əməliyyatlarla terrorun belini qırdıq. Artıq biz terrorun mənbəyinə gedib giririk. Afrindən sonra digər terror bataqlıqlarını da qurutmaq üçün lazımi addımları atdıq və atırıq. 34 ildir bu xalqın övladlarını qətlə yetirmənin bədəlini, böyükləri başda olmaqla, bütün terrorçulara ödətəcəyik. Lazım gələrsə, Sincara gedəcəyik.”

  Ərdoğan çıxışı zamanı həm də zonquldaklılara müjdə verib, il sonuna qədər Türkiyə Daş Kömür Qurumuna 1000 nəfər işə alınacağını söyləyib.



Әlaqәli Xәbәrlәr