Mövlud Çavuşoğlu Münbiçlә bağlı açıqlama verib

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu amerikalı hәmkarı Mayk Pompeo (Mike Pompeo) ilә keçirәcәyi görüşdәn әvvәl Vaşinqtonda Türk-Amerika Milli İstiqamәtlәndirmә Komitәsi tәrәfindәn tәşkil edilәn iftar proqramında iştirak edib.

984865

Burada jurnalistlәrin  gündәmә dair suallarını cavablandıran Mövlud Çavuşoğlu deyib: ‘‘Münbiç mәsәlәsindә razılıq әldә etdiyimiz zaman bunu hәyata keçirmәyә başlayacağıq. Bu ikitәrәfli münasibәtlәrdә dönüş nöqtәsi ola bilәr’’.

S-400 raket әleyhinә müdafiә sistemi  mәsәlәsinә  toxunan Çavuşoğlu bildirib ki, S-400 mәsәlәsindә  ABŞ ilә Türkiyә arasında bir gәrginlik var. Ancaq biz bu sistemi әvvәl ABŞ-dan vә müttәfiqlәrimizdәn almaq istәdik. Lakin satmadılar.Biz dә Rusiyadan almaq mәcburiyyәtindә qaldıq.

Suriya mәsәlәsinә dә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Biz Suriyada siyasi hәllin әldә olunması üçün sәy göstәririk. Suriyanı bölmәyә yönәlik bütün sәylәri rәdd edirik’’.

Әlaqәli Xәbәrlәr