Türkiyənin baş naziri bolqarıstanlı həmkarını dəvət etdi

Baş Nazirlikdən verilən məlumata görə...

984249
Türkiyənin baş naziri bolqarıstanlı həmkarını dəvət etdi

  Türkiyənin baş naziri Binəli Yıldırım bolqarıstanlı həmkarı Boyko Borisovu Trans Anadolu Qaz Boru Kəməri Layihəsinin (TANAP) açılış mərasiminə dəvət etdi.

  Baş Nazirlikdən verilən məlumata görə, B.Yıldırım iyunun 1-də Bolqarıstanın baş naziri B.Borisova zəng edib və onu 12 iyunda Eskişehirdə keçiriləcək TANAP-ın açılış mərasiminə dəvət edib. Boyko Borisov dəvəti qəbul edib və tədbirdə yüksək səviyyədə iştirak edəcəklərini bildirib. Telefon söhbəti mehriban atmosferdə keçib.



Әlaqәli Xәbәrlәr