Türkiyə ABŞ-ın vetosuna sərt reaksiya göstərdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının fələstinlilərlə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edilən layihəyə veto qoyulmasına reaksiya göstərdi.

984244
Türkiyə ABŞ-ın vetosuna sərt reaksiya göstərdi

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Qəzzada 14 mayda baş verən qətliamdan sonra Kuveytin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə ABŞ-ın sözüylə veto qoyulmasını təəssüflə qarşılayırıq. BMT Təhlükəsizlik Şurasının bəyanatı fələstinlilərə tətbiq olunan şiddət kontekstində hesabvermədə bacarıqsızlıq və caydırıcılıqdır. Artıq BMT-də islahat aparılmasının danılmaz bir zərurət olduğu bir daha ortaya çıxdı. Beynəlxalq sülh, sabitlik və təhlükəsizliyin qorunmasında əsas səlahiyyətli və məsul qurum olan BMT Təhlükəsizlik Şurası dinc nümayiş hüququndan istifadə edən günahsız vətəndaşları hədəfə alan qətliamı əks etdirən, BMT baş katibinə işğal altında yaşayan fələstinlilərin təhlükəsizlik, müdafiə və rifahının təmin olunmasını beynəlxalq qoruma mexanizmi çərçivəsində təklif edən layihəni qəbul etmədi. İzaha ehtiyac qalmadı… Türkiyə, başda BMT Baş Assambleyası olmaqla bütün platformalarda Fələstin məsələsinin müdafiəçisi olmağı davam etdirəcək”.



Әlaqәli Xәbәrlәr