Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı tənqid etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada terror təşkilatı PKK ilə birgə hərəkət etməsinin ciddi bir səhv olduğunu söyləyib.

982906
Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı tənqid etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada terror təşkilatı PKK ilə birgə hərəkət etməsinin ciddi bir səhv olduğunu söyləyib.

Çavuşoğlu Antalya şəhərində jurnalistlərə həmin mövzuyla bağlı verdiyi açıqlamada iyunun 4-də Vaşinqtona səfər edəcəyini xatırladaraq deyib: “ABŞ ilə terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin sərhədimizin digər tərəfindən təmizlənməsi üçün müəyyən zamandır işləyirik. Əsəsan bu problemin səbəbi də biz deyilik, müttəfiqimiz ABŞ-dır. Bir terror təşkilatını dəstəklədi. O terror təşkilatı ilə Suriyada birgə işləməyə üstünlük verdi. Çünki terrorla mübarizə apardığını söyləyən bir ölkənin belə bir terror təşkilatı ilə əməkdaşlıq etməsi özünün söylədiklərilə üst-üstə düşmür.  Ayrıca bizim kimi bir müttəfiqi və əhəmiyyətli bir ölkəni itirmə riskinin də olması ABŞ üçün də və bütün müttəfiqlər üçün də zəiflikdir. Çünki Türkiyə vədlərini yerinə yetirən, heç kəsə qarşı səhv addım atmayan, problemlərin həlli üçün cəhd göstərən, NATO daxilində ən güclü ikinci ordusu olan və bütün qurumlarda fəal işləyən, bölgənin sabitliyi, sülh üçün rol oynayan etibarlı bir tərəfdaşdır. Belə bir tərəfdaşı heç kəsin itirməməsi lazımdır. İtirənlər isə özünə zərər yetirir, bizə deyil. Biz alternativsiz, heç kəsə möhtac deyilik. Heç kəsin təzyiqlərinə də boyun əymərik. Artıq bu millət oyanıb, qarşılarında yeni bir Türkiyə var. Bunu hər kəs qəbul edəcəkdir.”



Әlaqәli Xәbәrlәr