TİKA İordaniyada uşaq evlərinin sakinlərinə iftar proqramı təşkil etdi

Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi (TİKA) İordaniyada ikinci dəfə valideyn qayğısından məhrum olan uşaqlar üçün iftar proqramı təşkil etdi.

982239

Paytaxt Ammanda İordaniya Uşaq muzeyində keçirilən proqrama Türkiyənin Amman səfiri Murad Qaragöz, İordaniya Sosial İnkişaf Nazirliyinə tabe olan dərnək və uşaq evlərindən 300-dən çox uşaq iştirak etdilər.

TİKA-nın Amman koordinatoru Esin Acar Ergin tədbirdə çıxış edərək: " Bu iftar yeməyində iordaniyalı qardaşlarımızla birlikdə olmaq bizim üçün böyük xoşbəxtlikdir" dedi.

Birinci iftar proqramının mayın 22-də təşkil olunduğunu xatırladan Ergin üçüncü tədbirin iyunun 5-də keçiriləcəyini qeyd etdi.

Proqrama qatılan uşaqlar tədbirə görə TİKA-ya təşəkkür etdilər, muzeydə təşkil olunan iftar proqramında həm əyləndiklərinə, həm də maarifləndiklərinə görə çox xoşbəxt olduqlarını söylədilər.

Әlaqәli Xәbәrlәr