Türkiyә XİN: ‘‘Türk gәmisinә tәşkil edilәn hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb’’

Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy mayın 10-da Yәmәn sahillәrindә ‘‘İnce İnebolu’’ adlı  Türk gәmisinә tәşkil edilәn hücum nәticәsindә ölәn vә ya xәsarәt alanın olmadığını deyib.

979279
Türkiyә XİN: ‘‘Türk gәmisinә tәşkil edilәn hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb’’

‘‘Yәmәn sahillәrindә Türk gәmisinә tәşkil edilәn hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb’’.

Bu barәdә Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy mәlumat verib.

Hami Aksoy mayın 10-da Yәmәn sahillәrindә ‘‘İnce İnebolu’’ adlı  Türk gәmisinә tәşkil edilәn hücum nәticәsindә ölәn vә ya xәsarәt alanın olmadığını deyib.

Xarici İşlәr Nazirliyinin sözçüsü Rusiyadan Yәmәnә taxıl daşıyan yük gәmisinin mayın 10-da yerli vaxtla saat 23.15-dә hücuma mәruz qaldığını qeyd edib. Mәlumata görә, gәminin göyәrtәsindә 23 nәfәr olub.

Qeyd edәk ki, faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr