“Türkiyə “F35” qırıcı təyyarələrlə əlaqəli qərara cavab vermək məcburiyyətində qala bilər”

Türkiyə ABŞ Konqresindəki “F35” qırıcı təyyarələrlə əlaqəli qərarına cavab vermək məcburiyyətində qala biləcəyini bildirdi.

978926

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy təşkil etdiyi mətbuat konfransında ABŞ Konqresində “F-35” qırıcı təyyarələrlə əlaqəli satış işinin təxirə salınmasını nəzərdə tutan və “Milli müdafiə səlahiyyət” qanunu qəbul edilən, Müdafiə Nazirliyi (Pentaqon) büdcəsilə əlaqəli qanunun 66 əleyhinə, 351 lehinə səslə qəbul edilməsini dəyərləndirib.

Hami Aksoy “Belə addımlar atılacağı təqdirdə biz də cavab vermək məcburiyyətində qala bilərik” deyib.

Aksoy həmçinin ABŞ-dan bir heyətin paytaxt Ankarada Suriyanın Münbic bölgəsilə əlaqəli görüşlər keçirdiyini bildirib.

Әlaqәli Xәbәrlәr