Türkiyə "Atak" helikopterini ixrac etməyə başladı

Türkiyə  Aviasiya və Kosmos Sənayesi AŞ tərəfindən (TUSAŞ/TAI)  istehsal edilən  "Atak" helokopteri ixrac olunmağa başladı.

978854
Türkiyə "Atak" helikopterini ixrac etməyə başladı

Türkiyə  Aviasiya və Kosmos Sənayesi AŞ tərəfindən (TUSAŞ/TAI)  istehsal edilən  "Atak" helokopteri ixrac olunmağa başladı. 
 
2015-ci ildən etibarən TSQ və Jandarm Komandanlığının inventarında olan 35  "Atak" helikopteri fəal şəkildə terrorla mübarizə əməliyyatlarında istifadə edilir.
 
 Müdafiə sənayesindəki milli və orijinal istehsal modelinin ən diqqət çəkən məhsullarından olan "Atak"ların Pakistana ixracı ilə bağlı görüşlər müsbət nəticələndi.
 
 Pakistana 30 ədəd "Atak" helikopterinin satılmasına dair müqavilə imzalandı.
 
"Atak"lar  23 martda Pakistanın Milli Günü mərasimlərində  nümayiş uçuşu etmişdilər.
 
 Bu helikopterlərin ixracı ilə bağlı başqa ölkələrlə də danışıqlar aparılır.
 
 



Әlaqәli Xәbәrlәr