Beynəlxalq Ədalət Sülh və Bərabərlik Şurası: "21-ci əsrin Nelson Mandelası Ərdoğandır"

Beynəlxalq Ədalət  Sülh və Bərabərlik Şurası (COJEP) Fransanın "Le Point" jurnalının Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəf alan iddialarını narazılıqla qarşıladı.

978617
Beynəlxalq Ədalət Sülh və Bərabərlik Şurası: "21-ci əsrin Nelson Mandelası Ərdoğandır"

 Fransanın "Le Point" jurnalının bu həftəki sayında dərc olunan yazıda  Türkiyəyə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğana,  Fransadakı Türk mənşəli şəxslərə və qurumlara qarşı işlədilən  ifadələr reaksiyaya səbəb oldu.
 
Beynəlxalq Ədalət Sülh və Bərabərlik Şurası (COJEP) xəbərdə irəli sürülən iddialar haqqında yazılı bəyanat yaydı.
 
Bəyanatda  "Le Point" jurnalının 24 may tarixli sayında Fransada fəaliyyət göstərən və müxtəlif mədəniyyətləri təmsil edən cəmiyyətlərin, yayım qurumlrının və siyasi təşkilatların hədəf alındığı bildirilir, bu qurumlar arasında  "Media Türk TV", "Media France TV" və "Media Türk İnfo" nun olduğu qeyd olunur.
 
Bəyanatda jurnalın xəbər prinsipindən yayınaraq, stereotip yaratmağa, ictimai rəyi çaşdırmağa və Fransada fərqli mədəniyyətlərə qarsı səhv düşüncə formalaşdırmağa xidmət etdiyi vurğulanır. Siyahi bərabərlik və azadlıq tələblərinin 29 il həbsdə saxlanılan Nelson Mandelanın şəxsi nümunəsində basdırıldığı və cəzalandırıldığı, sonda ədalətin qalib gəldiyi və Mandelanın həbsdən çıxaraq  Nobel Sülh Mükafatı ilə təltif edildiyi xatırladılır.

 Qərb mediasının son dövrdə  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı da  şüurlu olaraq hədəf seçdiyini diqqətə çatdıran bəyanatda deyilir: "21-ci əsrin Nelson Mandelası Ərdoğandır. Yazılarlarınızda ona nə qədər iftira atsanız da, bir gün o qalib gələcək. Üç dinin müqəddəs şəhəri olan Qüdsə o sahib çıxdı. 3,5 milyon kürd, ərəb, Türkmən, suriyalı qaçqına o ev sahibliyi etdi. BMT Baş Məclisində "dünya beşdən böyükdür" deyərək, BMT Təhlükəsizlik Şurasının islahatlara ehtityacı olduğunu dünyaya o hayqırdı. Bu mərhəmət və ədalət mübarizi insandır, yoxsa diktator?"
 
Bəyanatda "Le Point" jurnalı məsuliyyətli və ədalətli olmağa  və üzr istəməyə dəvət edilir.



Әlaqәli Xәbәrlәr