Türkiyə Yunanıstan Dövlət Şurasının qərarına sərt reaksiya göstərdi

Türkiyə Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə qaçanlara “sığınacaq haqqı” verilməsinə dair qərara reaksiya göstərdi.

978063

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: “Yunanıstan Dövlət Şurası beynəlxalq hüquq normalarını pozaraq çevriliş cəhdində iştirak edən Süleyman Özkaynakçaya sığınacaq hüququ verdi. Beləliklə Yunanıstanın çevriliş edənləri qoruyan və onlara himayədarlıq edən bir ölkə olduğu, beynəlxalq ictimaiyyətin nəzərində təsdiqləndi. Türk millətinin vicdanını dərindən yaralayan bu qərarı sərt dillə qınayırıq. Qarşıdan gələn dövrdə yunan ədalətinin bu tərəfli qərarına oxşar səhvlər qəbul etməməsinə ümid edirik.”

Әlaqәli Xәbәrlәr