Rәcәb Tayyib Әrdoğan:''ABŞ-ın әlindә fәlәstinli uşaqların qanı var’’

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının mәrkәzi qәrargahında keçirilәn  Әnәnәvi Sәfirlәrlә İftar proqramında çıxış edib.

976278
Rәcәb Tayyib Әrdoğan:''ABŞ-ın әlindә fәlәstinli uşaqların qanı var’’

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının mәrkәzi qәrargahında keçirilәn  Әnәnәvi Sәfirlәrlә İftar proqramında çıxış edib.

Rәcәb Tayyib Әrdoğan çıxışı zamanı  İsrail әsgәrlәrinin  Qәzza zolağında ABŞ-ın sәfirliyini  Qüdsә  köçürmәsinә etiraz bildirәn nümayişçilәrә atәş açması nәticәsindә 60-dan çox fәlәstinlinin şәhid olmasına, 3 mindәn çox fәlәstinlinin dә yaralanması mәsәlәsinә  toxunub.

‘‘İsrail rәhbәrliyinin terrorçu adlandırdığı şәhidlәr arasında 8 aylık körpәlәr, qadınlar, gәnclәr vә әlillәr var. ABŞ atdığı addımla İsrailin qәtliamlarına zәmin hazırladı. ABŞ-ın әlindә fәlәstinli uşaqların qanı var’’,-deyә Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan deyib.

Rәcәb Tayyib Әrdoğan  ABŞ rәhbәrliyinin  bundan sonra demokratiya, insan hüquqları, azadlıq vә sülh mövzusunda deyәcәyi sözlәrin heç bir әhәmiyyәti olmayacağını deyib.

Әrdoğan yaralı fәlәstinlilәrin müalicәsi üçün Türkiyәnin qeyri-hökumәt tәşkilatları ilә çalışmağa başladığını, İsrailin hücumlarına görә әziyyәt çәkәn  fәlәstinlilәrә humanitar yardım çatdırdığını bildirib.

Rәcәb Tayyib Әrdoğan mayın 18-dә İstanbulda keçirilәn İslam Әmәkdaşlıq Tәşkilatının Qüdslә bağlı fövqәladә iclasında Fәlәstin xalqının tәhlükәsizliyinin tәmin edilmәsi, törәdilәn cinayәtlәrin araşdırılması vә Fәlәstin Dövlәtinin rәmi şәkildә tanınması  ilә әlaqәdar beynәlxalq ictimaiyyәtә çağırış edildiyini vurğulayıb.

Dövlәt başçısı  Ərdoğan Qüdsü İsrailin paytaxtı elan edən ölkələrə qarşı görülәcәk tədbirlərin  də müzakirə olunduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr