Türkiyә Hindistanda törәdilәn terror aktını qınadı
Dünәn Hindistanın şәrqindә Maocu üsyançılar tәrәfindәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә 7 polis әmәkdaşı hәlak olmuşdu.
Türkiyә Hindistanın Çatisqarh ştatında törәdilәn terror aktını qınadı.
Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘Hindistanın Çatisqarh ştatında törәdilәn terror hücumu nәticәsindә 7 polis әmәkdaşının şәhid olması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Hücumu qınayır, hәlak olanların ailәlәrinә vә Hindistan xalqına dәrin hüznlә başsağlığı veririk’’.
Qeyd edәk ki, dünәn Hindistanın şәrqindә Maocu üsyançılar tәrәfindәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә 7 polis әmәkdaşı hәlak olmuşdu.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq