R.T. Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibǝtilǝ bǝyanat verib

Dövlǝt başçısı bildirib ki, 1919-cu il mayın 19-da yandırılan məşəl millətimizin müasir mədəni inkişafı istiqamətində yolumuzu işıqlandırmağa davam edir.

974169
R.T. Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibǝtilǝ bǝyanat verib

Türkiyǝnin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibǝtilǝ bǝyanat verib.

Dövlǝt başçısı bildirib ki, 1919-cu il mayın 19-da yandırılan məşəl millətimizin müasir mədəni inkişafı istiqamətində yolumuzu işıqlandırmağa davam edir.

Qazi Mustafa Kamalın 19 May 1919-cu ildə Samsunda başladığı müstəqillik mübarizəsini millətin küllǝrindǝn yenidǝn doğması, azad və firavan sabahlara yürüşü kimi qiymətləndirən dövlət başçısı vurğulayıb ki, Qurtuluş savaşı ilə millətimiz vətən və bayraq sevgisini, azad yaşamaq əzmini bütün dünyaya elan etdi. Bu mübarizǝ başqa millǝtlǝrin müstǝqillik mübarizǝsinǝ də nümunǝ oldu.

"Bütün imkanlarımızla dəstək verdiyimiz gənclərimizin vәtәninә ən yaxşı şəkildə sahib çıxacaqlarına vә  canları bahasına qoruyacaqlarına  inanırıq. Qazi Mustafa Kamal Atatürk başda olmaqla vәtәnimiz uğrunda mübarizә aparan bütün qәhramanlarımızı hörmәtlә yad edir, gәnclәrimizi vә xalqımızı 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibәtilә tәbrik edirәm’’,- deyә Türkiyǝnin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.



Әlaqәli Xәbәrlәr