İsrailin Qəzzada törətdiyi qətliam Beynəlxalq Cəza Məhkəməsi tərəfindən mühakimə olunmalıdır

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Radio Televiziya Qurumu- TRT-yə müsahibəsində bildirdi.

973161
İsrailin Qəzzada törətdiyi qətliam Beynəlxalq Cəza Məhkəməsi tərəfindən mühakimə olunmalıdır

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Radio Televiziya Qurumu - TRT-də gündəmi dəyərləndirdi.

Çavuşoğlu Amerika Birləşmiş Ştatları Səfirliyinin mayın 14-də Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra Qəzzada yaşanan hadisələrdən danışaraq: "Hər kəs ABŞ və İsrailə güclü bir cavab verməlidir. İsrailin Qəzzada tötətdiyi qətliam Bynəlxalq Cəza Məhkəməsi tərəfindən mühakimə olunmalıdır" dedi.

Qeyd edək ki, İsrail əsgərlərinin Qəzza sərhədində ABŞ-ın  Səfirliyini Qüdsə köçürməsinə etiraz etmək və "Nekbe"nin (Böyük Fəlakət) 70-ci ildönümünü yad etmək istəyən nümayişçilərə atəş açması nəticəsində 63 fələstinli şəhid olub, 3 mindən çoxu yaralanıb.

İsrailin fələstinlilərə hücumuna reaksiya göstərən Türkiyə həlak olan fələstinlilər üçün ölkə miqyasında 3 günlük yas elan etdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr