XİN İsrailin İstanbul baş konsulundan Türkiyәni bir müddәtә tәrk etmәsini tәlәb etdi

Xarici İşlər Nazirliyi İsrailin İstanbul baş konsulu Yosef Levi Sfraninin bir müddətə ölkəsinə qayıtmasını tələb etdi.

972049

Dilpomatik mənbələrin məlumatına görə, baş konsul Sfarinin İsrailin fələstinlilərə qarşı hücumlarından sonra baş verən hadisələr qarşısında bir müddətə ölkəsinə qayıtması tələb edilib.

Xarici İşlər Nazirliyi ötən gün də İsrailin Ankara səfiri Eitan Naehin bir müddətə ölkəni tərk etməsinin uyğun olacağını ona bildirdi.

 Qeyd edək ki, ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarından sonra Qəzzada başlayan aksiyalarda İsrail təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 62 fələstinli həyatını itirib, 3 mindən çox insan yaralanıb.

Bunun nəticəsində Xarici İşlər Nazirliyi Türkiyənin Təl-Əviv səfiri Kamal Ökəm ilə Vaşinqton səfiri Sərdar Kılıçı məsləhətləşmələr üçün Türkiyəyə çağırdı.

Әlaqәli Xәbәrlәr