Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıtdı

İngiltәrәnin paytaxtı Londonda keçirdiyi rәsmi görüşlәri başa çatdıran Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıtdı.

971840
Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qayıtdı

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın tәyyarәsi Türkiyә vaxtı ilә saat 04.15 radәlәrindә Esenboğa hava limanına endi.

Dövlәt başçısı Әrdoğanı hava limanında Ankara Valisi Ercan Topaca, Polis İdarәsinin rәisi Servet Yılmaz vә digәr rәsmi şәxslәr qarşılayıblar.

Qeyd edәk ki, Dövlәt başçısını sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi, general Hulusi Akar, Baş nazirin müavini Mehmet Şimşək, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ədliyyə naziri  Əbdülhəmid Gül, Avropa İttifaqı üzrә nazir Ömər Çelik, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Sәrvәtlәr naziri Berat Albayrak, Daxili İşlәr naziri Süleyman Soylu, Mәdәniyyәt vә Turizm naziri Numan Kurtulmuş vә  Milli Müdafiə naziri Nurəddin Canikli müşayiәt etdilәr.



Әlaqәli Xәbәrlәr