Türkiyə Böyük Millət Məclisi “İsrailin Qəzza qətliamı”nı müzakirə etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında “İsrailin Qəzza qətliamı” müzakirə edildi.

971627
Türkiyə Böyük Millət Məclisi “İsrailin Qəzza qətliamı”nı müzakirə etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında “İsrailin Qəzza qətliamı” müzakirə edildi.

Baş nazirin müavini Bəkir Bozdağ iclasda etdiyi çıxışda 60 fələstinlinin şəhid edildiyi qətliamı sərt şəkildə qınadı.

Fələstin məsələsi ədalətli şəkildə həllini tapmadan Orta Şərqə dinclik və sülhün hakim ola biməyəcəyini vurğulayan Bozdağ deyib: “Qətliamlardan birinci yerdə ABŞ məsuldur. Bu ölkənin əlində də günahsız fələstinlilərin qanı var.  ABŞ bu məsələnin həllinin deyil, problemin bir hissəsidir. ABŞ və İsrail Qüdsü gerçək yiyələrinə buraxmaq məcburiyyətində qalacaqlar. Kim nə deyirsə desin Türkiyə Cümhuriyyəti və Türk xalqına görə Qüds Fələstinin paytaxtıdır.”

Qeyd edək ki, Qəzzanın İsrail sərhəd məntəqəsində çadır quran fələstinlilər, ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürülməsi və “Nekbe”nin (Böyük fəlakət) 70-ci illiyi münasibətilə “milyonluq yürüş” adlandırdıqları aksiyalar keçirirlər.

İsrail təhlükəsizlik qüvvələri Qəzza sərhədində ötən gün keçirilən aksiyalarda 60 fələstinlini şəhid edib, 2 min 770-dən çox fələstinlini yaralayıb.



Әlaqәli Xәbәrlәr