Ərdoğan İngiltərədə Kraliça II Yelizaveta ilə görüşdü

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müxtəlif yüksək səviyyəli görüşlər üçün getdiyi İngiltərədə Kraliça II Yelizaveta ilə bir araya gəlib.

971498

  Bukinqem (Buckhingam) Sarayında mətbuata qapalı olaraq gerçəkləşən görüş 40 dəqiqə çəkib.

  R.T.Ərdoğan İngiltərənin baş naziri Tereza Meylə də görüşəcək. İki lider Türkiyə ilə İngiltərə arasında terrorla mübarizə, qaçqın və ticarət mövzularında yaxın əməkdaşlıq məsələlərini müzakirə edəcək.

  Təkbətək və heyətlərarası görüşlərdən sonra iki lider birgə mətbuat konfransı keçirəcək.

  Türkiyə başçısı mayın 14-də Uels Şahzadəsi Çarlzla bir araya gəlmişdi.

Әlaqәli Xәbәrlәr