Rəcəb Tayyib Ərdoğan: 'ABŞ,  tarix səni bağışlamayacaq. İsrail, tarix səni heç bağışlamayacaq'

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tarixin Amerika Birləşmiş Ştatlarını bağışlamayacağını, İsraili isə heç bağışlamayacağını söylədi.

971768

Türkiyənin İngiltərədə rəsmi səfərdə olan dövlət başçısı Rəcəb Tayyib  Ərdoğan Baş nazir Tereza Meylə görüşdükdən sonra birgə mətbuat konfransında çıxış etdi.
Çıxışında İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamı bir daha lənətləyən Ərdoğan ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarının bu hadisələrə səbəb olduğunu bildirdi.
Ərdoğan sözünə belə davam etdi: 'ABŞ,  tarix səni bağışlamayacaq. İsrail, tarix səni heç bağışlamayacaq. Bunu da görəcəyik. ABŞ bölgədə vasitəçi deyil, tərəf olduğunu etiraf etdi. 60 fələstinlinin həlak olmasına, 2500 insanın yaralanmasına səbəb olan bu hücumlar bu siyasətin nəticəsidir. Bu vəhşiliyi bir daha lənətləyirəm. Israil 'güclüyəmsə, haqlıyam' deyərək bu addımları atır. Israil orada işğalçıdır və terrorla məşğuldur. Beynəlxalq ictimaiyyəti və Birləşmiş Milllətlər Təşkilatını vaxt itirmədən hərəkətə keçməyə, Fələstindəki bu zülmə son qoymağa dəvət edirəm'.

Etiketlәr: #ABŞ , #İsrail , #Tereza Mey

Әlaqәli Xәbәrlәr