Türkiyə Xarici İşlər Nazirliyi Parisdə törədilən terror hücumunu qınadı

Türkiyə XİN Fransanın paytaxtı Parisdə ötən gün törədilən terror hücumunu qınadı.

969898
Türkiyə Xarici İşlər Nazirliyi Parisdə törədilən terror hücumunu qınadı

Türkiyə XİN Fransanın paytaxtı Parisdə ötən gün törədilən terror hücumunu qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: “ Parisdə ötən gün törədilən hücumu qınayır, fransız xalqının kədərini bölüşürük. Terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qaldırılan təşəbbüsləri dəstəkləyirik.”

Qeyd edək ki,  dünən Parisdə Opera meydanı yaxınlığında şübhəli şəxs bıçaqla piyadalara hücum edib, nəticədə bir nəfər həlak olub, 2-si ağır olmaqla 4 nərəfər yaralanıb. Polis hücum edən şəxsi güllələyib.



Әlaqәli Xәbәrlәr