Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailə qarşı hərəkətə keçməyə çağırdı

Rəsmi səfərə getdiyi İngiltərənin paytaxtı Londonda “Chatham House” Beyin Mərkəzində iştirakçılara müraciət edən R.T.Ərdoğan deyib...

970325
Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailə qarşı hərəkətə keçməyə çağırdı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailin artan təcavüzkarlığına son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb.

  Rəsmi səfərə getdiyi İngiltərənin paytaxtı Londonda “Chatham House” Beyin Mərkəzində iştirakçılara müraciət edən R.T.Ərdoğan deyib: “Bütün etirazlara baxmayaraq, Amerika Birləşmiş Ştatları Tel-Əviv Səfirliyini Qüdsə daşıdı. Beynəlxalq hüququ çeynəyən, Birləşmiş Millətlər Təşkilatı qərarına zidd olan bu qərarı bir daha rədd edirik. Son addımı ilə ABŞ, sülhün deyil, problemin bir parçası olduğunu üstün tutaraq Yaxın Şərq sülh prosesindəki vasitəçilik rolunu itirdi. Tamamilə itirdi. Beynəlxalq cəmiyyət üzərinə düşəni edərək İsrailin artan təcavüzkarlığı və Fələstin xalqına qarşı zülmkarlığına son qoymaq üçün təcili hərəkətə keçməlidir… Üç səmavi dinin müqəddəsi olan Qüdsün statusunu dəyişdirməyə yönəlik addımlar, bütün etirazlara baxmayaraq, İsrail tərəfindən həyata keçirilir. Biz buna etiraz edirik. İkinci Dünya Müharibəsi ərəfəsindəki qaranlıq günlərə düşməkdən çəkinməliyik. BMT ədalət üzərində təsis edilmişsə, bunun vacibliyini qorumalıyıq. Dünyanın mismarı çıxmışsa, bu gün o mismarı yerinə salacaq sərt çəkic zərbəsi deyil, ümid və dialoqdur".



Әlaqәli Xәbәrlәr