"DEAŞ terror təşkilatı ilə təsirli mübarizəni Türkiyə aparır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ ilə təsirli mübarizəni Türkiyənin apardığını söylədi.

970428
"DEAŞ terror təşkilatı ilə təsirli mübarizəni Türkiyə aparır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ ilə təsirli mübarizəni Türkiyənin apardığını söylədi.

Ərdoğan bunu səfərdə olduğu İngiltərənin paytaxtı Londanda beyin mərkəzi “Chatham House”da təşkil edilən yığıncaqda dilə gətirib.

Beynəlxalq ictimaiyyətin terrorla mübarizədə ortaq məxrəcdə bir araya gələ bilmədiyini vurğulayan Ərdoğan deyib: “DEAŞ ilə mübarizəni ən təsirli aparan ölkə Türkiyə olmuşdur. Terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 6 min 200 şəxs ölkədən çıxarıldı. Sərhəd məntəqəsində terror koridoru yaratmağa cəhd aparan terror təşkilatı PKK/PYD-YPG ilə mübarizəmizin əleyhinə olanlar, guya bizim tərəfdaşımızdır, guya terror əleyhinə olan ölkələrdir.”

Türkiyənin Suriyanın torpaq bütövlüyü mövzusunda səmimi ölkə olduğunu ifadə edən Ərdoğan “Türkiyədəki 3,5 milyon suriyalı qaçqının evlərinə qayıtmalarının yeganə yolu bu ölkənin təhlükəsizliyinin təmin edilməsidir.  İngiltərə daxil olmaqla bütün ölkələrdən terrorla mübarizədə dəstək gözləyirik.Biz öz bölgəmizdə böhranlarla cəhd apararkən Qərbdə təhlükəli proses işləyir. Avropanın mərkəzində insanlara inançlarına görə ayrı-seçkilik edilir”-deyə Dövlət başçısı Ərdoğan vurğulayıb.  

Türkiyənin təşəbbüskar və vicdani xarici siyasət izlədiyini qeyd edən Ərdoğan onu da deyib: “Humanitar yardım sahəsində birinci yerlərdəyik.  Milli gəlirlə müqayisədə humanitar yardım mövzusunda Türkiyə birinci yerdədir. Xeyli fərqlə dünyanın ən comərd ölkəsiyik.”

Türkiyənin Suriya böhranının həllindəki cəhdlərə daxil olduğunu ifadə edən Әrdoğan “Cenevrə prosesində fəal rol götürdük. “Fərat qalxanı və “Zeytun budağı” əməliyyatı ilə 4 min kvadrat kilometrlik sahəni terrorçulardan azad etdik. Dinc sakinlərə zərər yetirməyəcək şəkildə əməliyyatları davam etdiririk. Rejim qüvvələri və terrorçular bu həssaslığı göstərmir”-deyə Ərdoğan deyib.  

Ərdoğan bölgənin sabitliyi üçün İranın nüvə proqramı mövzusunda təqdim edilən əməliyyat planı diplomatik nailiyyətdir. Beynəlxalq Nüvə Enerji agentliyinin hesabatlarında İranın plana əməl etdiyi bildirilir deyib.



Әlaqәli Xәbәrlәr