Ərdoğan İqtisadi Koordinasiya Kabinetini topladı

Dövlət Aparatı sözçüsü İbrahim Kalın iqtisadi toplantı ilə bağlı Beştepedə media mənsublarının suallarını cavablandırıb.

967593
Ərdoğan İqtisadi Koordinasiya Kabinetini topladı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankara Beştepedə İqtisadi Koordinasiya Kabinetini topladı.

   Əsasən İqtisadiyyat Nazirliyi məmurlarının iştirak etdiyi və iqtisadiyyatda baş verən son proseslərin müzakirə olunduğu iclas 2,5 saat sürüb.

  Toplantıda baş nazirin müavini Mehmet Şimşek və Maliyyə naziri Naci Ağballa yanaşı SPK, BDDK və Mərkəz Bankı İdarə Heyətinin sədri də iştirak edib.

  İclasda valyuta məzənnəsinin artmasından tutmuş idxal-ixrac tarazlığı, məşğulluq, sənaye investisiyası və ümumiyyətlə, iqtisadiyyatda baş verən son proseslərə qədər əsas məsələlər müzakirə olunub.

  Dövlət Aparatı sözçüsü İbrahim Kalın iqtisadi toplantı ilə bağlı Beştepedə media mənsublarının suallarını cavablandıraraq deyib:

  “2017-ci ildə Türkiyə iqtisadiyyatı güclü bir performans nümayiş etdirdi. Məşğulluq sahəsində də bir illik müddətində artım müşahidə olundu. İqtisadiyyatımızın bir bölümü də turizmdir. Çox böyük irəliləyiş var, 2018-ci ilin sonunadək belə davam edəcəyini düşünürük. Turist sayının 40 milyona çatması gözlənilir. Bu da bir çox sektorun bundan faydalanması anlamına gəlir.

 Əlbəttə, valyuta ilə bağlı məsələ bir neçə həftədir gündəmimizdədir. Bunun qlobal dalğalanmalarla bağlı olduğunu təkrar etmək istəyirik. D.Trampın nüvə müqaviləsindən geri çəkilməsi bazarlara bu mənada təsir edib. Neftin qiyməti yüksəlib ki, bu da digər sahələrə zəncirvari təsir edir. Hökumətimiz ölkə başçımızın davam etdirdiyi maliyyə intizam siyasətini davam etdirəcək. Böyük sərmayələr, irimiqyaslı layihələr müstəqil olaraq tam gücü ilə gedir.”

  İbrahim Kalın onu da deyib ki: “Türkiyə nüvə müqaviləsinin davam etdirilməsinin tərəfdarıdır. ABŞ-ın təktərəfli geri çəkilməsi narahatlıq verir. Uzun müzakirələrdən, diplomatik cəhdlərdən sonra varılmış bir müqavilənin birtərəfli ləğv edilməsi, əlbəttə, ABŞ-ın nüfuzuna xələl yetirir. Digər ölkələrlə də olsa, müqavilənin davam etməsinin tərəfdarıyıq. Çünki istər-istəməz bu, bizə də təsir edəcək. İran xalqının ABŞ-ın sanksiyalarından əziyyət çəkməsini istəmirik. Regionda onsuz da kifayət qədər gərginlik var. Bütün bunlara yenisini əlavə etməyi qətiyyən istəmirik… İran mühüm bir ticarət tərəfdaşımızdır. Bir çox sahədə əhəmiyyətli ortaq əlaqələrimiz var… Prinsip olaraq ABŞ-ın qərarının regionda qeyri-sabitliyə rəvac verəcəyinə dair ciddi narahatlığımız var.”



Әlaqәli Xәbәrlәr