Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalındakı Hakurk bölgəsinə  keçirilən hava əməliyyatında terror təşkilatı PKK-ya aid sığınacaq və silah mövqeləri məhv edildi.

966588
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yaydı.

Məlumatda İraqın şimalındakı Hakurk bölgəsində polis bölməsi və hərbi bazanın yerləşdiyi əraziyə hücum etməyə hazırlaşan terrorçuların müəyyən edildiyi bildirilir.

Təşkil olunan hava əməliyyatında separatçı terror təşkilatına aid sığınacaq və silah mövqeləri məhv edilib.

Digər tərəfdən, İraqın şimalında əməliyyat aparan hərbçilər Sare Batin bölgəsində bir qrup PKK terrorçusu ilə qarşılaşıblar.

Qarşıdurmada bir əsgər şəhid olub.

 

 



Әlaqәli Xәbәrlәr