TSQ Suriyanın İdlib vilayətində 10-cu monitorinq məntəqəsini qurdu

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətində 10-cu monitorinq məntəqəsi quruldu.

967328
TSQ Suriyanın İdlib vilayətində 10-cu monitorinq məntəqəsini qurdu

  Baş Qərargah sosial paylaşma saytı “twitter”dəki hesabından verdiyi açıqlamada bildirir: “Qazaxıstanın paytaxtı Astanada təminatçı ölkələr Türkiyə, Rusiya və İran arasında olan müqavilə çərçivəsində TSQ 12 oktyabr 2017-ci ildən İdlib gərginliyi azaltma bölgəsində atəşkəs rejiminin təqibi üçün müşahidə nöqtələri yaratmağa başlayıb. İdlib bölgəsində müşahidə nöqtələrindən 10-cusu olan 5 Saylı Müşahidə Məntəqəsi yaradılıb. Müqaviləyə görə, mərhələli olaraq İdlibin şimalından cənubuna uzanan hissədə Türkiyə Silahlı Qüvvələrinin 12 dairədə müşahidə məntəqəsi qurması nəzərdə tutulur.”



Әlaqәli Xәbәrlәr