Türkiyə Diyanət İşləri İdarəsi:"Qurani- Kərim qiyamətə qədər dəyişməyəcək"

Türkiyə Fransada 300 nəfərin imzaladığı bildirişdə Qurani-Kərimdən bəzi ifadələrin çıxarılmasının istənməsinin hədsiz bir davranış olduğunu bildirdi.

966232

Türkiyə Diyanət İşləri İdarəsinin yaydığı açıqlamada Fransada bəziləri tərəfindən müsəlmanların müqəddəs kitabı Qürani-Kərimə qarşı iftira kampaniyası başladıldığı və həddi aşan provokativ təkliflər dilə gətirildiyi bildirilir.

Açıqlamada deyilir: "Bütün müsəlmanların istisnasız ortaq  inancına görə, Qurani- Kərim Allahın endirdiyi son kitabdır. Bu ilahi kəlam heç bir hərfi dəyişmədən günümüzə qədər gəlib çixmışdır, qiyamətə qədər də dəyişməyəcək və dəyişdirdirilə bilinməyəcəkdir. Qurani-Kərimə görə, insan həyatı inancından asılı olmayaraq dəyərlidir, toxunulmazdır. Hətta bir insanın öldürülməsi bütün insanların öldürülməsi, bir insanın yaşadılması bütün insanlığın yaşadılması deməkdir. Müsəlmanlar rəhmət mənbəyi Qurandan yola çıxaraq hər zaman yaxşılıq, mərhəmət və ədalətlə davranıblar. Bütün müsəlmanları incidəcək və dünyada sülhü pozacaq bu növ provokativ davranışları şiddətlə qınayır və dünya ictimaiyyətini daha insaflı və ədalətli olmağa dəvət edirik".

Әlaqәli Xәbәrlәr