"1915-ci il hadisələrilə əlaqəli iddialar irəli sürənlər arvixlərimizdə tədqiqat apara bilərlər"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arxivlərin 1915-ci hadisələrilə əlaqəli açıq olduğunu bildirərək, əllərində arxiv olanları da arxivlərini açmağa çağırıb.

966571
"1915-ci il hadisələrilə əlaqəli iddialar irəli sürənlər arvixlərimizdə tədqiqat apara bilərlər"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arxivlərin 1915-ci il hadisələrilə əlaqəli açıq olduğunu bildirərək, əllərində arxiv olanları da arxivlərini açmağa çağırıb.

Ərdoğan Dövlət Aparatında təmir işləri tamamlanan 250 əsərin 7 bölgədən canlı bağlantılı açılış mərasimində etdiyi çıxışda 1915-ci il hadisələrilə əlaqəli dırnaqarası erməni iddialarına toxunaraq deyib: “Hazırda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) arxivi tamamilə açılmışdır və artıq tədqiqata hazırdır. Dövlət rəhbərliyinə məxsus arxiv də eləcə. Xüsusilə erməni iddialarını irəli sürənlər gəlib tədqiqat apara bilərlər. Biz arxivlərimizi açırıq, cəsarətləri varsa onlar da açsınlar. Dırnaqarası erməni iddialarını irəli sürənlər Türkiyənin əleyhinə kampaniya yeridirlər. Bundan başqa məqsədləri yoxdur.

Dövlət başçısı çıxışında Fransada sabiq prezident Sarkozinin də olduğu 300 nəfərin imzası ilə yayılan Qurani-Kərimdən bəzi ayələrin çıxarılması barədəki bildirişə reaksiyasını da davam etdirib.



Әlaqәli Xәbәrlәr