Son bir həftədə zərərsizləşdirilən terrorçu sayı

Türkiyədə son bir həftədə həyata keçirilən əməliyyatlarda PKK terror təşkilatına mənsub 22 terrorçu zərərsizləşdirildi.

965469
Son bir həftədə zərərsizləşdirilən terrorçu sayı

Türkiyədə son bir həftədə həyata keçirilən əməliyyatlarda PKK terror təşkilatına mənsub 22 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, 30 aprel-7 may tarixlərində ölkə daxilində keçirilən əməliyyatlarda 22 terrorçudan 1-i öldürülüb, 16-sı sağ ələ keçirilib, 5-i təslim olub. Zərərsizləşdirilənlər arasında axtarılanlar siyahısında boz kateqoriyasında yer alan bir terrorçu da var. Əməliyyatlarda PKK ilə əlaqədə olan 150, FETÖ teror təşkilatı ilə əlaqədə olan 587, DEAŞ terror təşkilatı ilə əlaqədə olan 94 və ifrat solçu 26 nəfər də nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr