Hər iki ölkə başçının iştirakıyla Türkiyə-Serbiya Biznes Forumu

Türkiyə-Serbiya Biznes Forumu ölkə başçısı Ərdoğan və Serbiya prezidenti Aleksandr Vucicın iştirakıyla mayın 6-ı axşam İstanbulda gerçəkləşdi.

965154
Hər iki ölkə başçının iştirakıyla Türkiyə-Serbiya Biznes Forumu

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə-Serbiya arasında ötən il ikitərəfli ticarət həcminin 1 milyard dolları keçdiyini, bu rəqəmi yaxında 2, daha sonra 3 milyard dollara qaldırmağı qarşılarına məqsəd qoyduqlarını söylədi.

  Türkiyə-Serbiya Biznes Forumu ölkə başçısı Ərdoğan və Serbiya prezidenti Aleksandr Vucicın iştirakıyla dünən axşam – mayın 6-da İstanbulda başladı.  

  Forumda çıxış edən Ərdoğan serbiyalı həmkarı A.Vucic və hər iki ölkənin iş adamları bir araya gəlməkdən böyük məmnunluq duyduğunu dilə gətirdi, görüşün yeni iş birliklərinə, layihələrə, sərmayələrə qapı açmasını arzuladı, Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısının qarşılıqlı əlaqələrə yeni bir təkan verəcəyini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr