"Hər kəs bilirdi ki, bunları Rəis yazıb", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbul Gənclər Festivalında gənclərin suallarını cavablandırıb.

964232
"Hər kəs bilirdi ki, bunları Rəis yazıb", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbul Gənclər Festivalında gənclərin suallarını cavablandırıb.

  Ərdoğan cavablarında bu sözləri vurğulayıb:

  “Gənclər 15 İyulu unutmamalıdır. Gənc yaşımda siyasətə atıla bilmədim. Bizim zamanımızda 30 yaş həddi var idi. Ona görə o vaxtlar nəticə ala bilmədik verdiyimiz mübarizələrdə. Elə ki özümüz iqtidar olduq, seçmə yaşı 18, seçilmək yaşı 25-ə endirdik. Niyə seçmə 18, seçilmə 25? Çətin olan seçilmək deyil, seçməkdir.

  Qarşıdakı günlər bir çox başlangıçlara hamilədir. Maraqlı irəliləyişlər var. Biz öz dövrümüzdə peşəkar siyasi mübarizədən keçdik. Bizim üçün təkcə universitetdə “bu yaşı dolduraq, keçək” yox idi, deyirdik ki, 30-a çataq.

  Biz partiya yaratdıq. Amma bu işin təbliğatı bugünkü kimi televiziyalarda aparılmırdı, o zaman bu iş çox fərqli idi: gecələri səhərlərə qədər afişa asırdıq. Anam evin eyvanında gözləyərdi, mən afişa asmaqdan gəlirdim. Divarlara yazılar yazırdıq. Bir metrdən aşağı yazılarımız olmazdı. Hər kəs bilirdi ki, bunları Rəis yazıb. Müxalifət silərdi, biz yazardıq.

  İndi çox rahat olub siyasət, təbliğat. Bilyardxanalara verirsən sifarişi, onlar asır. Bunun dadı olmur.

  24 iyunda millət vəkilləri də, prezident də sizin sayənizdə seçiləcək.

  Dövlət necə yaranır, necə idarə edilir, bunu şəxsən içəridə olmaqla görməyinizi istəyirəm. Bu iş kənardan göründüyü kimi asan deyil. İşin içinə girdikdə nə qədər uğurlu olub-olmayacağınız görünür. Bu dam gedir, bizim dam layihə əsasında hazırlıqlarla gəlir.

  Bazar günü İstanbul Vilayət Qurultayında manifestimizi açıqlayacağıq.” 



Әlaqәli Xәbәrlәr